Kreml: Fransa Prezidenti Ukraynaya kontingent yerləşdirmək istəyir

Kreml: Fransa Prezidenti Ukraynaya kontingent yerləşdirmək istəyir
DÜNYA
19:37 06.03.2025
129
Kreml Fransa Prezidenti Emmanuel Makronun xalqa müraciətini qarşıdurma kimi qiymətləndirir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Fransa prezidentinin Rusiyaya qarşı çox ziddiyyətli çıxışı olub.

"Makronun sözlərindən belə çıxır ki, o, atəşkəsdən sonra Ukraynaya kontingent yerləşdirmək istəyir. Əslində, söhbət müəyyən kontingentin qarşıdurma şəraitində yerləşdirilməsindən gedir. Rusiya bununla razılaşa bilərmi? Bu sualı birbaşa cavablandırmamaq da olar. Çünki cavab tamamilə aydındır”, Kremlin sözçüsü vurğulayıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR