Kreml: Gürcüstanla viza rejiminin ləğvi ilk növbədə humanitar qərardır

Kreml: Gürcüstanla viza rejiminin ləğvi ilk növbədə humanitar qərardır
DÜNYA
19:56 11.05.2023
263
Gürcüstanla viza rejiminin ləğvi ilk növbədə humanitar qərardır.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Gürcüstanla diplomatik münasibətlərin bərpası perspektivləri ilə bağlı sualı cavablandıran Peskov tələsməməyi tövsiyə edib: "Uzağa qaçmağa dəyməz. Bu, ilk növbədə humanitar qərardır".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-dən etibarən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə fərman imzalayıb. Fərmanda Rusiya aviaşirkətlərinə Gürcüstana uçuşlara qoyulan qadağa da aradan götürülüb.
 
///APA
OXŞAR XƏBƏRLƏR