İkinci Dünya müharibəsindəki qələbəni ABŞ-a aid etmək zərərli xətdir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, ABŞ-da II Dünya müharibəsində kimin kiminlə vuruşduğunu artıq xatırlamayan, indiki və gələcəyini ayıq-sayıq qiymətləndirə bilməyən nəsil yetişib.
Kremlin sözçüsü vurğulayıb ki, Rusiya bundan sonra da sovet xalqlarının Böyük Vətən müharibəsində göstərdiyi şücaəti xatırlayacaq və həqiqəti bütün dünya xalqlarına çatdıracaq.
Qeyd edək ki, Ağ Ev rəsmisi Karin Jan Pyer İkinci Dünya müharibəsinin faşizm üzərində qələbənin ABŞ-a aid olduğunu açıqlayıb.
///APA