Kreml: Çinin nüvə potensialını gücləndirməsi Rusiyanı narahat etmir

Kreml: Çinin nüvə potensialını gücləndirməsi Rusiyanı narahat etmir
DÜNYA
18:34 25.10.2023
190
Çin suveren ölkədir və regiondakı təhlükəsizlik vəziyyətinə əsaslanaraq nüvə potensialını möhkəmləndirmək üçün addımlar atır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Pekinin bu cür fəaliyyətləri Moskvada narahatlıq doğurmur.

"Xeyr, bu bizim narahatlığımıza səbəb deyil. Bizim Çin ilə qabaqcıl strateji tərəfdaşlıq münasibətlərimiz var, siyasi dialoqumuz, iqtisadi qarşılıqlı fəaliyyətimiz yüksək səviyyədədir. Belə olan halda regionda çox ciddi təhlükəsizlik təhdidləri ilə üzləşən Çin məqsədəuyğun hesab etdiyi addımları atır. Bu, bu ölkənin tamamilə suveren hüququdur", - deyə Kreml sözçüsü vurğulayıb.

Qeyd edək ki, Pentaqonun Çin hərbi gücünə dair dərc edilmiş illik hesabatına əsasən, onun nüvə arsenalında 500-dən çox operativ şəkildə yerləşdirilən döyüş başlıqları var və 2030-cu ilə qədər onların sayı 1000-i keçə bilər. Hesabat müəlliflərinin fikrincə, Çinin nüvə arsenalının genişlənmə sürəti Amerika tərəfinin proqnozlarını üstələyir.
 
///APA
OXŞAR XƏBƏRLƏR