Kreml: NATO qarşıdurmanı saxlamaq məqsədilə yaradılıb

Kreml: NATO qarşıdurmanı saxlamaq məqsədilə yaradılıb
DÜNYA
20:10 11.07.2024
184
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) məqsədi Rusiyanı sıxışdırmaqdır və bu, Rusiyanın milli təhlükəsizliyinə çox ciddi təhdiddir.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, NATO-nun hərbi infrastrukturu Rusiya sərhədlərinə doğru irəliləyir: "Şimali Atlantika Alyansı mahiyyətini bir daha təsdiqləyib. Bu, qarşıdurmanı saxlamaq məqsədilə yaradılmış ittifaqdır”.

O əlavə edib ki, NATO faktiki olaraq Ukraynadakı münaqişədə tam iştirak edir.
OXŞAR XƏBƏRLƏR