Kreml: Peterburqda Putin və Paşinyan arasında ayrıca görüş planlaşdırılmır

Kreml: Peterburqda Putin və Paşinyan arasında ayrıca görüş planlaşdırılmır
SİYASƏT
13:48 24.12.2024
158
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ayrıca görüş olmayacaq.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Sankt-Peterburqda dekabrın 25-26-da keçiriləcək MDB liderlərinin qeyri-rəsmi sammiti və Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində Putin-Paşinyan danışıqlarının keçirilib-keçirilməyəcəyi ilə bağlı sualı cavablandıran Kreml rəsmisi belə danışıqların planlaşdırılmadığını söyləyib.

"Putin və Paşinyan arasında ayrıca görüş nəzərdə tutulmayıb, lakin lazım gələrsə, onların danışmaq imkanı olacaq" - deyə Peskov bildirib.
 
///apa
OXŞAR XƏBƏRLƏR