Kreml rəsmisi: "Rusiya ilə Azərbaycanın münasibətləri pandemiya dövründə də inkişaf edir"

Kreml rəsmisi: "Rusiya ilə Azərbaycanın münasibətləri pandemiya dövründə də inkişaf edir"
SİYASƏT
15:03 02.04.2021
395
"Rusiya ilə Azərbaycan arasındakı münasibətlər pandemiyanın fəsadlarına baxmayaraq yüksələn xətlə inkişaf edir".

Bu barədə "Moskva – Baku” portalına Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, koronavirusun səbəb olduğu məhdudiyyətlərə baxmayaraq iki ölkənin dövlət başçıları, hökumətləri, parlamentləri, ayrı-ayrı nazirlikləri səviyyəsində əlaqələr davamlı inkişaf edib, rəsmi səfərlər həyata keçirilib.

O deyib ki, 2020-ci ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 10 faiz azalaraq 2,9 milyard dollar olub: "Həyata keçirilən 2024-cü ilədək tədbirlər planı iki ölkənin strateji tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə çıxarılmasını nəzərdə tutur. 2020-ci ilin noyabr ayında isə yenilikçi inkişaf və rəqəmsal iqtisadiyyat sahələrində birgə əməkdaşlığa dair sayca altıncı yol xəritəsi imzalanıb”.
 
///Report
OXŞAR XƏBƏRLƏR