Rusiya Qərblə hazırkı qarşıdurmaya tab gətirməyə qadirdir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya1” kanalında yayımlanan "Moskva.Kreml.Putin” verilişinə müsahibəsində bildirib.
Jurnalist Pavel Zarubinin "Müasir Rusiyanın Qərb dünyasına qalib gəlmək şansı varmı? Nəzərə alsaq ki, vaxtı ilə bu, SSRİ-də alınmayıb", sualına Kremlin sözçüsü "Biz bacarırıq" deyə cavab verib.