Kreml: Rusiya və Belarusun çoxlu düşmənləri var

Kreml: Rusiya və Belarusun çoxlu düşmənləri var
DÜNYA
18:21 19.06.2023
317
Rusiya və Belarusun çoxlu düşmənləri və hətta sabitliklərini pozmağa hazır olan düşmənləri var.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva və Minsk bu cəhdlərə müqavimət göstərmək əzmindədirlər.

"The Times" nəşrinin ölkəni tərk etmək məcburiyyətində qalan Belarus vətəndaşlarının Lukaşenkonu devirmək üçün Polşada təlim keçdikləri barədə xəbəri şərh edən Kreml sözçüsü bildirib ki, məlum xəbərdə konkret nədən danışdıqlarını söyləmək onun üçün çətindir.

"Bir şey aydındır ki, həm Minskin, həm də Moskvanın çoxlu düşmənləri var. Əlbəttə ki, onların arasında bizim və Belarusun sabitliyini pozmaq istəyənlər də var. Təbii ki, Belarus və Rusiya Federasiyası birlikdə bu cəhdlərə müqavimət göstərmək əzmindədir ”, - deyə Peskov vurğulayıb.
 
///APA
OXŞAR XƏBƏRLƏR