Kreml: "Səfərbərliklə bağlı məlumatlara etibar etməyə ehtiyac yoxdur"

Kreml: "Səfərbərliklə bağlı məlumatlara etibar etməyə ehtiyac yoxdur"
DÜNYA
20:38 09.01.2023
239
"Səfərbərlik haqqında məlumat yalnız Rusiyanın rəsmi orqanlarından gələ bilər”.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "press-call” zamanı deyib.

O, bu mövzuda teleqram kanallarında yayılan məlumatlara etibar etməməyə çağırıb.

D.Peskovun sözlərinə görə, ümumiyyətlə, teleqram kanallarına belə önəm verməyə ehtiyac duyulmur: "İlkin mənbə Rusiya Federasiyasının Prezidentinin rəhbərlik etdiyi rəsmi hökumətdir. Teleqram kanallarını şişirtməyə ehtiyac yoxdur”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edib, oktyabrın 31-də isə onun başa çatdığını açıqlayıb. Kreml artıq ikinci səfərbərlik dalğasının planlaşdırılmadığını bildirib.
OXŞAR XƏBƏRLƏR