Kreml: Tramp Putindən Ukraynada atəşkəs istəməyib

Kreml: Tramp Putindən Ukraynada atəşkəs istəməyib
DÜNYA
18:45 10.03.2026
79
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə söhbətində Ukraynada tam razılaşma əldə olunana qədər atəşkəs istəməyib.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Vaşinqton Moskvanın mövqeyini qəbul edib və "atəşkəs" ifadəsini düzgün mənada istifadə edir.

Peskov ABŞ tərəfindən belə bir şərtin qoyulmadığını deyib: "Bu, artıq dəfələrlə müzakirə olunub. Atəşkəslə bağlı bütün modallıq yaxşı anlaşılır. Prezident Putinin ardıcıl mövqeyi də hamıya məlumdur".

Kremlin sözçüsü Moskvanın Ukrayna nizamlanmasında vasitəçilik səylərinə görə Vaşinqtona minnətdar olduğunu və bu prosesin davam etməsində maraqlı olduğunu qeyd edib: "Putin Ukrayna nizamlanmasında ABŞ-ın vasitəçilik səylərini yüksək qiymətləndirir. Biz buna görə minnətdarıq və bu prosesin davam etməsində maraqlıyıq".

Peskov onu da əlavə edib ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff rusiyalı həmkarları ilə daim əlaqə saxlayır: "Bu, ən həssas məsələlər üzrə dialoqa imkan verir. Bu rabitə kanalı həqiqətən də bizə ən həssas məsələlər üzrə bir-birimizə siqnallar ötürməyə imkan verir".
OXŞAR XƏBƏRLƏR