Kreml: Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda fasilə situativ xarakter daşıyır

Kreml: Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda fasilə situativ xarakter daşıyır
DÜNYA
17:27 19.03.2026
130
Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda fasilə situativ xarakter daşıyır.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kreml bütün tərəflərin, ilk növbədə ABŞ-ın qrafiklər barədə razılığa gəlməsindən sonra Ukrayna ilə bağlı üçtərəfli danışıqların bərpa olunacağına ümid edir.

Qeyd edək ki, dünən Kremlin sözçüsü Ukrayna ilə bağlı Moskva-Vaşinqton-Kiyev üçtərəfli qrupunun işinin dayandırıldığını açıqlayıb. Peskov təhlükəsizlik məsələləri üzrə Rusiya-ABŞ-Ukrayna üçtərəfli işçi qrupunun işinə fasilə verildiyini bildirib.

Bununla belə, Peskov Rusiya və Ukrayna arasında girov mübadiləsinin təşkili üzrə işlərin davam etdiyini, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin Amerika tərəfi ilə əlaqə saxladığını söyləyib.

Xatırladaq ki, bu ilin əvvəlindən bəri Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqlarının üç raundu keçirilib, danışıqların ən sonuncusu 17-18 fevral tarixlərində Cenevrədə baş tutub. Dördüncü görüş martın əvvəlinə planlaşdırılıb, lakin Yaxın Şərqdəki münaqişə səbəbindən təxirə salınıb.
 
\APA
OXŞAR XƏBƏRLƏR