Kreml: Ukrayna ilə Yeni il atəşkəsi mövzusu gündəmdə deyil

Kreml: Ukrayna ilə Yeni il atəşkəsi mövzusu gündəmdə deyil
DÜNYA
19:23 14.12.2022
262
Kiyevdən Yeni il atəşkəsi ilə bağlı heç bir təklif daxil olmayıb, belə bir mövzu gündəmdə deyil.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr, heç kimdən heç bir təklif daxil olmayıb. Belə bir mövzu gündəmdə deyil", - Peskov Rusiya hakimiyyətinin Yeni il və ya Milad bayramında atəşkəs haqqında fikirləşib-fikirləşmədiyini və Ukrayna tərəfdən belə bir təklif daxil olacağı təqdirdə qəbul edib-etməyəcəyi sualına cavabında vurğulayıb.
OXŞAR XƏBƏRLƏR