Kreml: Ukraynanın Kurskdakı addımları cavabsız qalmayacaq

Kreml: Ukraynanın Kurskdakı addımları cavabsız qalmayacaq
DÜNYA
14:39 26.08.2024
160
Ukrayna Silahlı Qüvvələrinin (SQ) Kursk vilayətindəki addımları cavabsız qalmayacaq.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Söhbət ayrı bir qərardan getmir. Təbii ki, bu cür düşmənçilik addımları müvafiq cavabsız qala bilməz. Cavab mütləq olacaq”, - o vurğulayıb.

Öz növbəsində, Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində irəliləməsinə cavabdır.
 
///report
OXŞAR XƏBƏRLƏR