Yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı planlaşdırılmayıb.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Yaxın bir neçə gün ərzində Rusiya liderinin iş qrafikində belə bir danışıq nəzərdə tutulmayıb. Biz bu barədə müvafiq qaydada məlumat verəcəyik", - D.Peskov Rusiya və ABŞ liderləri arasında mümkün telefon danışığı ilə bağlı jurnalistlərin sualını cavablandırarkən söyləyib.