Kreml taxıl müqaviləsi ilə bağlı açıqlama verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, taxıl müqaviləsi ilə bağlı Kreml mühüm açıqlama verib.
Kreml noyabrın 19-da başa çatacaq Qara dəniz taxıl sazişinin uzadılması ilə bağlı Rusiyanın narahatlığını aradan qaldırmaq üçün "müəyyən irəliləyiş" əldə edildiyini açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, lazım gələrsə, prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin qısa müddətdə görüşə bilərlər.
İlkin razılaşmaya uyğun olaraq, BMT Rusiya ərzaq və gübrələrinin maneəsiz ixracını təmin etməyə kömək edəcəyini öhdəsinə götürüb.
Ayşən