Krım parlamenti buraxıldı

Krım parlamenti buraxıldı
DÜNYA
17:50 15.03.2014
1064
Ukrayna Ali Radası Krım Muxtar Respublikasının Ali Sovetinin səlahiyyətlərinin təcili dayandırılması barədə qərar qəbul edib.AZXEBER.COM-un məlumatına görə, sessiya zalında qeydiyyatdan keçmiş 296 deputatdan 278-i qərarın lehinə səs verib. Onlaran 19-u Regionlar Partiyasını, 83-ü “Batkivşina”nı, 30-u “Suveren Ukrayna”nı , 30-u “İqtisadi İnkişafı”, 35-i “Azadlığ”ı təmsil edib, 4 nəfər fraksiyadan kənar olub. Kommunistlərdən bu qərara səs verən olmayıb.Qərar qəbul edildiyi andan qüvvəyə minib. Deputlar həmçinin Ali Radanın profil komitəsinə Krımda yeni parlament seçkilərinin təyin edilməsinə tapşırıq verilməsi barədə təklifi dəstəkləyiblər.
OXŞAR XƏBƏRLƏR