Krım parlamenti Rusiyaya birləşmək barədə qərar qəbul etdi

DÜNYA
14:30 06.03.2014
1116
Ukraynanın Krım Muxtar Respublikasının separatçı rəhbərliyi Rusiya Federasiyasına birləşmək qərarına gəlib.
APA-nın “lenta.ru” xəbər portalına istinadən verdiyi məlumata görə, Krım parlamenti “Rusiya Federasiyasının subyekti qismində Rusiya 
Federasiyasının tərkibinə daxil olmaq prosedurunun başlanması haqqında” qərar qəbul edib və bu təkliflə Rusiya rəhbərliyinə müraciət edib. 
Müraciət prezident Vladimir Putinə və Rusiya parlamentinə ünvanlanıb.
Bu qərardan qısa müddət əvvəl isə parlament martın 30-na təyin olunan referendumun vaxtını və sualını dəyişib. Ümumxalq səsverməsi martın 16-da keçiriləcək və orada Ukraynanın tərkibində qalıb-qalmamaq, Rusiyaya birləşib-birləşməmək barədə sual qoyulacaq.
OXŞAR XƏBƏRLƏR