Krım parlamentinin binası qarşısında partlayış törədildi

DÜNYA
18:45 26.02.2014
888
Krımlıların bir hissəsi Ukraynanın tərkibində qalmasını istədiyi halda, digər qrup Rusiyaya meyillidir
Krımda vəziyyət gərginləşib. ANS PRESS-in məlumatına görə, bu gün Krım parlamentinin binası qarşısında partlayış baş verib. Parlament deputatlarının verdiyi açıqlamada vəziyyətin çox gərgin olduğu deyilir.
Ölən və yaralanan barədə məlumat yoxdur.
Belə ki, parlamentin qarşısında aksiya edən nümayişçilərin bir qrupu Muxtar Respublikanın Ali Şurasının binasına daxil olmaq niyyətindədir. Şurada ölkədə daxili siyasi vəziyyəti müzakirə etmək üçün növbədənkənar sessiya işə başlamalıdır.
Binanın önündə 10 minə yaxın insanın toplaşdığı bildirilir. Onlar 2 qrupa bölünüb. Qruplardan biri Krımın Ukraynanın tərkibində qalmasını istədiyi halda, digər qrup Rusiyaya meyillidir.
OXŞAR XƏBƏRLƏR