Krım və Ukrayna arasında sərhəd müəyyənləşdirilib

DÜNYA
10:20 25.04.2014
1435
Ukrayna ilə Krımı artıq dövlət sərhəddi ayırır. 
ANS PRESS-in məlumatın görə, sərhəddin keçid qaydaları bu gündən qüvvəyə minir. Bu barədə jurnalistlərə Rusiya Federal Miqrasiya xidmətinin Krım üzrə rəisi Pyotr Yaroş məlumat verib.“Aprelin 25-dən dövlət sərhəddi açılır və yaxın zamanda keçid məntəqələri quraşdırılacaq, sərhəddi necə keçməyin qaydaları, o cümlədən miqrasiya kartı verilməsinin zərurəti bəlli olacaq” - deyə Yaroş bildirib.Bu gün respublikanın sərhəd xidməti 27 buraxılış məntəqəsində nəzarət həyata keçirir. Nəqliyyatın hərəkətinə heç bir məhdudiyyət qoyulmur. Eyni zamanda respublika hökumət nümayəndələri söz verib ki, yaxın zamanlarda RF qanunvericiliyinə uyğun olaraq dövlət sərhədinin keçilməsi qaydaları haqqında məlumat dərc edəcəklər.Krım və Sevastopol 16 mart referendumundan sonra Rusiya ərazilərinə çevrilib.
OXŞAR XƏBƏRLƏR