Ukraynanın Rusiyaya 10 raket və 3 sürətli qayıqla hücumundan sonra Krım yarımadasındakı Sevastopol gəmiqayırma zavodunda yanğın baş verib, 2 gəmi zədələnib.
AZXEBER.COM xəbər verir ki, Ukraynanın Krıma raket hücumundan sonra iki gəmi zədələnib və gəmiqayırma zavodunda yanğın başlayıb.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Ukraynaya aid olduğu bildirilən 7 raket Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, 3 sürətli qayıq isə patrul gəmisi tərəfindən zərərsizləşdirilib.
Gülay