Krımda PUA hücumu nəticəsində 15 nəfər yaralanıb

Krımda PUA hücumu nəticəsində 15 nəfər yaralanıb
DÜNYA
23:09 21.09.2025
160
Krımda Ukrayna ordusunun hücumu nəticəsində 15 nəfər yaralanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Krıma hazırda rəhbərlik edən Sergey Aksyonov öz "Telegram” kanalında məlumat verib.

O hadisə zamanı ölənlərin də olduğunu bildirib. Onların sayı dəqiqləşdirilir.

"Yaralananlar və ölənlər var. Hazırda yaralıların sayı təxminən 15 nəfərdir, ölənlərin sayı dəqiqləşdirilir", - o yazıb.

Aksyonov həmçinin kəndlərdən birində sanatoriya və məktəbin ərazisindəki bir neçə obyektə ziyan dəydiyini bildirib.
OXŞAR XƏBƏRLƏR