Krımda yaşayan azərbaycanlı Nabat Həsənova Ukraynanı Polşada keçirilən qısametrajlı filmlər müsabiqəsində təmsil edib.
“Krımın Azərbaycan İcması” İctimai Birliyinin rəhbəri Rəhim Hümbətovun AZXEBER.COM-a verdiyi məlumata əsasən, həmyerlimizin filmi “Solidarnost” adlı müsabiqədə 10 ən yaxşı film siyahısına daxil olub.
Bununla da o Polşaya 10 günlük səfər etmək imkanı qazanıb.N.Həsənova bu müddət ərzində polşalı rejissorlardan ustad dərsləri də alacaq.