Kriminal aləmə məxsus olan 1 milyon dollar yandı

Kriminal aləmə məxsus olan 1 milyon dollar yandı
DÜNYA
15:29 15.12.2014
1348
36 yaşlı kişinin idarə etdiyi yük maşını – TIR qəfil alovlanmağa başlayıb.
ABŞ-ın Texas ştatında yaşanan olay zamanı Erik Roysterin idarə etdiyi nəqliyyat vasitəsi bir anın içində yanıb.
Hadisənin necə və hansı səbəbdən baş verdiyini anlamayan sürücü dərhal avtomobili tərk etmək qərarına gəlib. Beləliklə, ətrafa baxmadan qəfil özünü TIR-dan yerə atan sürücü qarşıdan gələn digər nəqliyyat vasitəsinin altında qalaraq dünyasını dəyişib. Olay yerinə gələn polislər isə TIR-ın arxasında gizlədilmiş 1 milyon dollar nəğd pulu tapıblar.
Hadisənin baş vermə səbəblərini araşdıran polis əməkdaşları Jay Web KTLM telekanalına verdikləri açıqlamada yanan maşında əslində pulun yox, sürücü köməkçisinin ev əşyalarının daşındığını bildiriblər.
Şerif Tom McCool isə olayın mütəşəkkil cinayətkarlıqla bağlı olduğunu düşündüklərini və ələ keçirilən pulun Meksikanın kriminal aləminə aid ola biləcəyini ehtimal etdiyini vurğulayıb. Yanğın zamanı qurtarılan pulun 3 dəfə sayıldığını deyən şerif 1 milyon dollardan qalan pulun bölgə prokuroruğu və polisi arasında bərabər qaydada paylaşıldığını ifadə edib.
///Publika.az
OXŞAR XƏBƏRLƏR