Kriminal aləmin məşhur siması Rövşən Lənkəranskiyə görə Azərbaycana gəldi - FOTO

Kriminal aləmin məşhur siması Rövşən Lənkəranskiyə görə Azərbaycana gəldi - FOTO
SOSİAL
12:27 21.08.2018
5248
Vaxtı ilə muzdlu olaraq bir çox qaynar nöqtədə, o cümlədən Dombasda Ukraynaya qarşı döyüşmüş Timur TumaevAzərbaycana gəlib.

Kriminal aləmdə "Timur Dikiy” kimi tanınan çeçen səfər zamanı azərbaycanlı mərhum "qanuni oğru”lar Rövşən Lənkəranski ilə Masallı Mamedin məzarlarını ziyarət edib.

O, səfər zamanı tək olmayıb. Bir neçə yaxını da Tumaevi müşayiət edib.

Bir vaxtlar çeçen əsilli kriminal avtoritet Şeyx Xəmzət ləqəbli "qanuni oğru” Xəmzət Qastəmirovun ətrafında olan, daha sonra isə ona qarşı çıxan "Timur Dikiy” cənuba – Lənkərana və Masallıya yollanıb.

Qeyd edək ki, bu il 2016-cı il avqustun 18-də Türkiyənin İstanbul şəhərində qətlə yetirilən Rövşən Canıyevin vəfatının ikinci ildönümüdür. Tumaevin səfərinin başlıca səbəbi də budur.
 
yenicag.az
OXŞAR XƏBƏRLƏR