İstanbulda “Qalatasaray”la qarşılaşan “Real Madrid”in ulduz futbolçusu Kriştiano Ronaldo matçdan sonra türk bənzəri ilə görüşüb.
AZXEBER.COM-un məlumatına görə, “Ronaldonun əkizi” ləqəbini qazanmış adanalı Gökmen Akdoğan futbolçunu “Real”ın avtobusunun yanında gözləyib.
Portuqaliyalı futbolçunu gördüyü üçün çox həyəcanlanan və hətta gözləri dolan “adanalı Ronaldo” ən böyük arzusunun reallaşdığını bildirib.
Qeyd edək ki, Gökmen Akdoğan həvəskar futbolçudur və “Adana”nın formasını geyir.