“Real”ın hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında “Mançester Yunayted”a qarşı səfərdə keçiriləcək 1/8 final oyununun ilk oyununu böyük səbirsiliklə gözlədiyini açıqlayıb.
O qeyd edib ki, sabiq komandasına qarşı oynadığından bütün diqqətlərin onu üzərinə yönələcəyini yaxşı bilir.
"Çempionlar Liqasında “MY” ilə qarşılaşacağımızı hiss etmişdim. Diqqətlər mənim üzərimdə olacaq. Amma bu, mənə təzyiq etməyəcək. Sadəcə, sabiq komandama qarşı oyun olacaq. Mən Mançesterə döyüşə yox, evimə gedirəm. Oranın qəlbimdə ayrıca bir yeri var. Əgər insanlar sizə yaxşı davranırsa, bunu unuda bilmərsiniz”.//qol.az