Kristiano Ronaldo futbol tarixində 900 rəsmi qol vuran ilk futbolçu oldu

İDMAN
23:59 05.09.2024
242
Futbol üzrə UEFA Millətlər Liqasında Portuqaliya - Xorvatiya oyununda ilk hissə başa çatdı.

AZXEBER.COM xəbər verir ki, Portuqaliya millisi fasiləyə 2-1 hesabla üstün yollanıb. Onların 2-ci qolunu isə Kristiano Ronaldo vurub.

Bununla da portuqaliyalı ulduz futbolçu karyerasındakı rəsmi qol sayını 900-ə çatdırıb və futbol tarixində 900 rəsmi qol sayına çatan ilk futbolçu olub.

Qeyd edək ki, Kristiano Ronaldo 1236 oyuna 900 qol, 254 məhsuldar ötürmə ilə yadda qalıb.

OXŞAR XƏBƏRLƏR