Kristiano Ronaldo İstanbulu belə gəzdi - FOTOLAR

İDMAN
14:49 09.04.2013
2732
Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsində bütün gözlər Türkiyənin İstanbul şəhərinə yönələcək.
AZXEBER.COM-un məlumatına görə, "Qalatasaray" doğma meydanda dünyanın ən güclü klublarından biri olan "Real Madrid"i qəbul edəcək.
Dünən gecə İstanbula gələn kral klubunun futbolçuları, Boğaz turuna çıxıblar. "Real Madrid"in ulduzu Kristiano Ronaldo da Boğaz turunda olan bir fotoşəkilini öz şəxsi "Twitter" hesabında paylaşıb.
Qeyd edək ki, Madriddə baş tutan ilk görüş, kral klubunun 3-0 hesablı qələbəsi ilə başa çatmışdı.Ozal İbrahimli
OXŞAR XƏBƏRLƏR