Kriştiano Ronaldo "Real"a qayıda bilər

Kriştiano Ronaldo "Real"a qayıda bilər
İDMAN
15:23 01.05.2022
303
"Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo "Real"a qayıda bilər.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, "Kral" klubu Ronaldonun transferində maraqlıdır. Daha əvvəl mediada Kriştianonun Madridə mümkün qayıdışı ilə bağlı məlumat yayılmışdı.

Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib. Ronaldo bu mövsüm "Mançester Yunayted"in heyətində 28 oyuna çıxıb və 3 qol vurub.

35 turdan sonra "qırmızı şeytanlar" 55 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində altıncı yerdədir. "Mançester Yunayted" növbəti mərhələdə "Brentford"u qəbul edəcək. Görüş mayın 2-də baş tutacaq.
OXŞAR XƏBƏRLƏR