Madridin “Real” klubunun hücumçusu Kriştiano Ronaldo La Liqanın 31-ci turunda iki qola imza atıb. Bilbaoda “Atletik”lə oyunun ilk iki dəqiqəsində portuqaliyalı futbolçu dub edib. Onun komandası isə 3:0 hesabı ilə qalib gəlib. “Real”ın üçüncü qoluna 76-cı dəqiqədə İquain imza atıb.
Qeyd edək ki, La Liqanın bombardirlər siyahısında Ronaldo hazırda ikinci yerdədir. Onun ehtiyatında 31 qol var. Birinci yeri isə əvvəlkitərk Lionel Messi tutur – 43 qol.
Üçüncü pillədə qərarlaşan “Atletiko”nun hücumçusu Radamel Falkao isə cari mövsümdə 24 qola imza atıb.