Kriştiano Ronaldonun oxşarı tapıldı - FOTO

Kriştiano Ronaldonun oxşarı tapıldı - FOTO
14:50 27.03.2013
3490
Adananın "Seyhan Spor" futbol komandasında oynayan Gökmen Aydoğan “Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldoya oxşarlığı ilə diqqət çəkir. Kiçik yaşlarından futbol oynamağa başlayan Aydoğan Ronaldoya bənzədiyini bildikdən sonra onun kimi geyinməyə, onun kimi futbol oynamağa başlayıb. Futbolçunun ən böyük arzusu isə Ronalda ilə görüşməkdir.“Seyhan spor”da futbol oynayan Gökmen Aydoğan yaz aylarında da barda çalışdığını və onun sayəsində işlədiyi barın xeyli müştərisi olduğunu deyib:"Məni görən qızlar dərhal yanıma gəlir. Mənimlə Ronaldoya bənzədiyim üçün şəkil çəkdirib, söhbət edirlər. Məndən imza alan turistlər çaşbaş qalırlar. Məni Ronaldo hesab edirlər. Mənim bu oxşarlığım sayəsində barın müştərilərinin sayı da çox olur"- deyə Aydoğan qeyd edib.//anspress
OXŞAR XƏBƏRLƏR