Körpə ana bətnində əsnədi - FOTOLAR

DÜNYA
22:19 22.11.2012
2342
Alimlər ultsonoqrafiya zamanı ilk dəfə ana bətnindəki körpənin əsnəməsini qeydə alıblar.Bu barədə İngiltərədəki Durham Universiteti Psixologiya şöbəsinin “PLOS ONE” jurnalında dərc olunub.Məqalədə qeyd olunur ki, Nadja Reisslandın başçılıq etdiyi qrupun 15 qadının üzərində həyata keçirdiyi araşdırma maraqlı görüntülər üzə çıxarıb. Belə ki ana bətnində olan körpələrin ağızlarını yarımçıq açmasını həkimlər tərəfindən “əsnəmə” kimi dəyərləndirilib. Doğumdan öncə körpələrin hıçqırdıqları, udqunduqları və gərindikləri məlum olub.Qrupun başçısı N. Reissland vurğulayıb ki, ana bətnində olan körpənin əsnəməsinin əhəmiyyəti hələlik müəyyən edilməyib: “Ola bilsin ki, bu, döl inkişafı və körpənin sağlamlıq əlamətləri ilə bağlıdır”.

OXŞAR XƏBƏRLƏR