Körpə basdırılan zaman dirilib - Həkim böyük səhvə yol verib

Körpə basdırılan zaman dirilib - Həkim böyük səhvə yol verib
DÜNYA
13:28 22.02.2018
2166
Hindistanda doğum evində həkim böyük səhvə yol verib. 
 
AZXEBER.COM Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, valideynlərinə yeni doğulan oğlan uşağının öldüyünü deyən həkimlər uşağı plastik qabda atasına veriblər. 

Dəfn mərasiminə hazırlıq gedərkən körpənin əmisi plastik qabdan səs gəldiyini eşidib. Qabı açarkən körpənin sağ olduğu müəyyən edilib. Körpəni xəstəxanaya çatdıran zaman məlum olub ki, uşaqda virus var və o, müalicə olunmalıdır. Körpənin valideynləri uşağa diaqnoz qoyan həkimlə əlaqə saxlamağa çalışsalar da, alınmayıb. Xəstəxanadan yalnız onu bildiriblər ki, həkimlər cəzalanacaq. 
OXŞAR XƏBƏRLƏR