Körpələri üçün doğum şəhadətnaməsi almağa getdi, ailəsini itirdi

DÜNYA
13:18 14.08.2024
158
Fələstinli ata 3 gün əvvəl dünyaya gələn əkiz körpələrinə doğum haqqında şəhadətnamə almaq üçün evindən çıxıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ata evdə olmadığı halda onun əkiz körpələri, həyat yoldaşı və qayınanası İsrailin hava hücumu nəticəsində həlak olub.
 
Həyat yoldaşı, Aysel və Aser adlı 3 günlük əkiz körpələri və evdə olan qayınanası hücumda həyatını itirib.
 
Körpələrinin doğum şəhadətnamələrini aldıqdan sonra ataya telefon zəngi edərək evlərinin bombalandığını bildirib.

Fələstinli ata ümidlə getdiyi xəstəxanada meyitxananın qapısında həyat yoldaşının və körpələrinin cansız bədənlərini gördükdən sonra yaşadığı şokdan huşunu itirib.

Əlində tutduğu doğum şəhadətnaməsinə baxan Əbu Kumsan "Aysellə Əsərin doğum şəhadətnaməsini bir az əvvəl aldım, cəmi 3 gün əvvəl doğulmuşdular" - deyə bildirib.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR