Körpələrin öldüyü xəstəxanadan–Açıqlama

SOSİAL
13:42 21.06.2016
1901
Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov iki körpənin ölümü ilə bağlı məsələyə münasibət bildirib.
O, körpələrin işıq söndüyü üçün öldükləri ilə bağlı iddianı təkzib edib: “Körpələr vaxtından əvvəl dünyaya gəldiyindən dünyasını dəyişib. 31 həftəlik idilər, çəkiləri də az idi. Üçüncü körpənin də vəziyyəti ağırdır. Xəstəxananın işığı körpələr öləndən bir saat sonra kəsilib. Onun körpələrə aiddiyətı olmayıb”.
Salyan rayon Prokurorluğundan isə AzNews.az-a verilən məlumata görə, körpələrin ölümü ilə bağlı araşdırma başladılıb.
Xatırladaq ki, Salyan rayon sakini Mirzabitə Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsində üçəm dünyaya gətirib. Onlardan ikisi doğuşdan 6 saat sonra ölüb, birinin isə vəziyyəti ağırdır. Məlumata görə, uşaqların ölümünə səbəb xəstəxananın elektrik enerjisinin kəsilməsi və şüşə altında saxlanılan körpələrdən ikisnin oksigen çatışmazlığı olub.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR