Körpənin ağzına elektron siqaret qoyan şəxsə 20 il həbs cəzası verilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda körpənin ağzına elektron siqareti "zarafatla” qoyan şəxs həbs edilib.
Məlumata görə, 23 yaşlı gənc Malayziyanın Cohor şəhərində polis tərəfindən saxlanılıb. Avqustun 6-da məlum olub ki, yeddi aylıq qızın anasından polisə məlumat daxil olub, nəticədə araşdırma aparılıb və daha sonra həmin şəxs tutulub.
Ayşən