Körpəsini acından öldürən ana həbs edildi - uşağa 5 gün yemək verməyib

Körpəsini acından öldürən ana həbs edildi - uşağa 5 gün yemək verməyib
DÜNYA
13:48 14.09.2021
1274

İngiltərədə 20 aylıq körpəsini evdə tək qoyan ana 9 il həbs cəzası alıb.

AZXEBER.COM xəbər verir ki, 2019-cu ildə baş verən dəhşətli hadisə ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Məlumata görə, hadisə 2019-cu ilin dekbar ayında baş verib. 18 yaşını qeyd etmək üçün əylənməyə çıxan ana Verphy Kudi 20 aylıq körpəsini evdə yalnız buraxaraq sevgilisi ilə Londona gedib.

O, geri qayıdanda körpəsini evdə ölü vəziyyətdə tapıb.

Dövlət ittihamçısı çıxışında körpənin mənzildə tək qaldığı üçün çox əziyyət çəkdiyini və bunun nəticəsində aclıq və susuzluqdan öldüyünübildirilib.

Evdəki təhlükəsizlik kamerasının görüntülərindən körpənin 5 gün 21 saat 58 dəqiqə tək qaldığı ortaya çıxıb.

Nəticədə hakim 19 yaşında olan ananı 9 il həbs cəzasına məhkum edib.

Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR