Körpüdən snayperlə xalqa atəş açan zabit öldürüldü - VİDEO

SOSİAL
13:04 21.07.2016
1862

15 iyul tarixində Türkiyədə baş verən çevriliş cəhdi ilə bağlı yeni məlumatlar və görüntülər yayılıb.

Əldə olunan məlumatlara görə, çeviliş zamanı xalqa atəş açanlardan biri də Boğaziçi körpüsünün başında gizlənən snayperli zabitolub.O, körpünün başına liftlə çıxıb.Zabit uzun müddət polislərdən gizlənə bilsə də, xainxüsusi təyinatlı polis tərəfindən öldürülüb.

Qeyd edək ki, qarışıqlıq zamanı mərmilərin haradan atıldığını bilməyən onlarla insan, zabitin atdığı güllələrin qurbanı olub.

OXŞAR XƏBƏRLƏR