"Kösem Sultan"ın kim olacağı dəqiqləşdi

DÜNYA
21:28 27.07.2015
1591

"Kösem Sultan" serialı ilə bağlı problem artıq həll olunub.

AZXEBER.COM-ın axşam.az-a istinadən məlumatına görə, prodüser Timur Savcı və aktrisa Beren Saat arasındakı qonorar anlaşılmazlığı yoluna qoyulub.

Müzakirələrdə hər iki tərəfin güzəştə getməsi ilə Kösem Sultan obrazını Beren Saatın canlandıracağı dəqiqləşib. Serialı çəkən şirkətlə telekanal sonuncu toplantıda aktrisanın adın üzərində dayanıblar.

B.Saatın serialda çəkilmədiyi üçün Malibuya gedəcəyi barədə olan iddialara isə şirkət belə savab verib.

"O, seriala 7-ci seriyada daxil olacaq. O vaxta kimi istər Malibuya gedər, istərsə də kosmosa".

OXŞAR XƏBƏRLƏR