KTM: Bayram tətilində 62 nəfər zəhərlənib

KTM: Bayram tətilində 62 nəfər zəhərlənib
SOSİAL
10:39 01.04.2025
166
Bayram günlərində (18-31 marta qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım (KTM) şöbəsinə 62 nəfər qəbul edilib.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Məlumatda qeyd olunub ki, həmin şəxslərdə ürəkbulanma, qusma və mədə şikayətləri olub. Müraciət edənlərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.
OXŞAR XƏBƏRLƏR