Kuba ABŞ-ı elektromaqnit müdaxilə yaratmaqda ittiham edib

Kuba ABŞ-ı elektromaqnit müdaxilə yaratmaqda ittiham edib
DÜNYA
22:11 29.11.2025
105
Kuba ABŞ-ın Karib hövzəsindəki hərbi fəaliyyətləri fonunda bölgədə elektromaqnit maneələr yaratdığını bəyan edib.

Bu barədə Xarici İşlər naziri Bruno Rodriqes Parrilya bildirib.

"ABŞ-ın Venesuela hava məkanında davam edən elektromaqnit müdaxiləsini qınayırıq”, – deyə o deyib.

Nazirin sözlərinə görə, bu addımlar ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi "hərbi aqressiyanın və psixoloji müharibənin” növbəti eskalasiyasıdır.
OXŞAR XƏBƏRLƏR