AZXEBER.COM "Reuters" agentliyinə istinadən xəbər verir ki, kütləvi elektrik kəsintiləri adaya neft tədarükündə üç aydan çoxdur davam edən fasilə fonunda baş verir. Bundan əvvəl analoji kəsintilər iyulun 6-da və bir neçə gün sonra qeydə alınıb.
Kuba hakimiyyəti əhalini elektrik enerjisinə qənaət etməyə çağırsa da, vəziyyət ağır olaraq qalır. Ada sakinləri kəskin istilərdən və ərzaq məhsullarını saxlamağın qeyri-mümkünlüyündən şikayətlənirlər. Artıq xəstəxanalar və digər həyati əhəmiyyətli obyektlər ehtiyat generatorlar vasitəsilə fəaliyyət göstərir.











































