Kubada hərbi ləvazimatların olduğu anbarda partlayış baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, baş verən partlayışdan sonra ilkin təsbitlərə görə 13 əsgərdən xəbər alınmadığı bildirilib.
Məlumata görə, Holguin əyalətinin Melones bölgəsindəki anbarda naməlum səbəbdən hərbi materialların partladığı bildirilib.
Rəsmilər itkin düşən hərbçilərin ailələrinə məlumat verildiyini və Silahlı Qüvvələrin hadisənin həllinə maksimum diqqət yetirdiyini vurğulayıblar.
Holguin Əyalət Şurası və Müdafiə Nazirliyi tərəfindən görülən tədbirlər çərçivəsində hadisə yerinə yaxın ərazilərdə yaşayan 500-ə yaxın insan ehtiyat tədbiri olaraq təxliyə ediliblər.
Mikayıl