Kubada elektrik sistemi çökdü: bir həftədə ikinci dəfə qaranlığa qərq oldu

Kubada elektrik sistemi çökdü: bir həftədə ikinci dəfə qaranlığa qərq oldu
DÜNYA
10:43 22.03.2026
195
Kubada elektrik sistemi yenidən çöküb – ölkə bir həftə ərzində ikinci dəfə ümumölkə miqyasında elektrik kəsintisi ilə üzləşib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 16 martda baş verən genişmiqyaslı kəsintidən sonra enerji sistemində yaranan nasazlıq nəticəsində ölkə yenidən qaranlığa qərq olub.

Kubanın Energetika və Mədən Nazirliyi X platformasındakı rəsmi hesabı vasitəsilə Milli Elektrik Enerji Sisteminin (SEN) tamamilə çökdüyünü açıqlayıb.

Bəyanatda bildirilib ki, hazırda ölkə üzrə elektrik enerjisinin mərhələli şəkildə bərpası istiqamətində zəruri tədbirlər görülür.

Qeyd edək ki, martın 16-da da sistemdəki nasazlıq səbəbindən ölkə miqyasında elektrik kəsintisi yaşanmışdı.

Kuba prezidenti Miguel Díaz-Canel isə martın 13-də verdiyi açıqlamada bildirib ki, ada ölkəsi təxminən üç aydır xaricdən neft idxal etmir. Onun sözlərinə görə, hazırda elektrik sistemi əsasən günəş enerjisi, təbii qaz və mövcud istilik elektrik stansiyaları hesabına fəaliyyət göstərir.
 
Gülay

OXŞAR XƏBƏRLƏR