Kubada hərbi vəziyyət elan edilə bilər

Kubada hərbi vəziyyət elan edilə bilər
DÜNYA
03:21 06.02.2026
607
Kuba Müdafiə Şurası ölkədə hərbi vəziyyətə keçidlə bağlı plan və tədbirləri nəzərdən keçirir, lakin hələlik bu qərar qəbul edilməyib.

Bu barədə Kuba Prezidenti Migel Dias-Kanel məlumat verib.

Prezident administrasiyasının "YouTube" səhifəsində yayımlanan mətbuat konfransında çıxış edən Dias-Kanel bildirib:

"Biz Müdafiə Şurasında hərbi vəziyyətə keçidlə bağlı planları öyrənirik, müdafiə sistemlərimiz hazırlıq vəziyyətindədir. Lakin hələlik ölkədə hərbi vəziyyətə keçdiyimizi söyləmək düzgün olmaz".

/Oxu.az
OXŞAR XƏBƏRLƏR