Kubadan ABŞ-yə etiraz notası

Kubadan ABŞ-yə etiraz notası
DÜNYA
14:44 19.03.2024
168
Kuba ölkədəki nümayişlərlə bağlı ABŞ-a etiraz notası göndərib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kuba ABŞ-ın Havanadakı səfirliyinə etiraz notası göndərərək, ölkədə ərzaq qıtlığı və elektrik enerjisinin kəsilməsi səbəbindən keçirilən nümayişlərlə bağlı hökuməti tənqid edib.

ABŞ-nin Kubaya qarşı illərdir tətbiq etdiyi sanksiyalara işarə edən Kossio nümayişlərə səbəb olan problemlərdən ABŞ-nin də məsuliyyət daşıdığını bildirib.

Etirazçılar martın 17-də Santyaqo-de-Kubanın şərq əyalətində qida çatışmazlığı və 8 saatdan çox elektrik kəsilməsi səbəbindən nümayiş keçiriblər.
 
ABŞ-nin Havanadakı səfirliyi ölkənin digər ştatlarında da nümayişlərin keçirildiyini açıqlayıb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR