Xəbər verdiyimiz kimi, əməkdar artist Kübra Əliyeva xəstəxanaya yerləşdirilib.
Aktrisa AZXEBER.COM-a səhhəti ilə bağlı açıqlama verib:
"Sağ-salamatam, heç bir şeyim yoxdur. İndi də Zaur Baxşəliyevin verilişinə gedirəm. Uzun zamandır ayaqlarım ağrayır. Zaman-zaman gedib həkimə yoxlanıram. Bu gün də dövət xəstəxanasına yoxlanış üçün getdim. Mən həkimlərimizə çox inanıram, güvənirəm. Çox sağ olun ki, maraqlanırsız. Məndən narahat olmayın. Hər şey yaxşıdır".
Aysel