Küçə qadını

Küçə qadını
KÖŞƏ
15:02 27.04.2014
6379
Orxan İsmayılKörpəsini bağrına kobudcasına sıxmışdı. Hər ikisi çox acmışdı. Anasının iri döşlərini var-gəllə sorsa da, ağzına istilik və öz tüpürcəyindən savayı bir şey axmırdı. Çox qorxurdu. Kimdənsə pul, bir parça çörək istəməyə cəsarət etmirdi.... 
Həyat bəzilərimizlə çox amansızcasına davranır. Ən iyrənc zarafatlarını, ən sərt sınaqlarını üstümüzdə sıralayır. Bizdən müdafiə olunmağı, mübarizliyi tələb etsə də, onun təpkiləri qarşısında aciz qalırıq. Məğlubiyyətə məhkumuq da deyə bilərik. 
“Küçə qadınları”. Adətən biz fahişələri, yüngül həyat tərzi keçirən qadınları belə adlandırırıq. Amma yox. Hərfbəhərf analiz etsək başqa nəticəyə gələ bilərik. Sahibsiz, evsiz, köməksiz qadınlar. Mövzudluğumuza görə tanrıya borclu olsaq da, görünən tərəf qadınların necə yaradıcı olmalarıdır. Məişət problemləri, tərəflər arsında anlaşılmazlıq sonda ailədaxili münaqişələrə səbəb olur ki, nəticədə qadınlar xüsusi əziyyət çəkməli olurlar. Bu birbaşa toplumun qadına yanaşma, qadınların ifadə imkanları ilə əlaqəlidir. Həmcinslərindən asılılıq dərəcəsi qadınların sərbəst fəaliyyətlərinin hansı səviyyədə olmasını aşkara çıxarır. Bu asılılıq nə qədər çox olduqda, hər an baş verə biləcək hər mənada dəyişikliyə uyğunlaşmaqda, qadınlar çətinlik çəkirlər. 
Ailə, valideynlər laqeyd yanaşdıqda isə “küçə qadınları”na çevrilirlər. Daha isti maraqlanma, çözümünə yollar axtarmalı olduğumuz bir problem. Kiçicik evə, ailəyə, bir parça çörəyə ehtiyacı olan qadınlarımızın sayı nə yazıq ki, minlərlədir. Tez-tez oradan keçirəm. Hər dəfə o mənzərə məni düşünməyə məcbur edir. Surətimi yavaşıdıb bir neçə saniyə baxıram. Və gedirəm. Qadının gözlərində qəribə bir məğrurluq, yenilməzlik, necə çəkilməsini sanki ondan başqa bilməyən istirab, təlatüm var. Körpəsini sinəsinə sıxıb elə hey baxır. Yaxınlaşıb pul verəndə sakitcə götütür, səssizliyini pozmadan. Özümdə belə yəqin etmişəm ki, o qadın heç kimin gözlərinə baxmır, körpəsindən başqa. 
Bəlkə də insanlara nifrəti sonsuzdur. Yalnız yavrusunu qorumaqla məşğuldur. İki gündür onu görmürəm. Ətrafa göz gəzdirib, yerini dəyişə biləcəyini ehtimal etsəm də, tapa bilmirəm . İçimdə fövqəl bir boşluq, ya da nəsə buna bənzər hisslər tüğyan edir. Qeyri-ixtiyari gözlərim ana və mələyini axtarır. Hardadılar axı? Bəlkə onlara sahib çıxıblar? Yoxsa niyə getsinlər ki? Az qala özümü günahkar hiss edəcək dərəcədə düşünürəm. Rahat ola bilmirəm. Getdiyim hər yerdə gözlərim ilk növbədə onları axtarır. Heç olmasa sağ olmalarını öyrənsəydim necə də rahatlayardım.
OXŞAR XƏBƏRLƏR