İraqın paytaxtı Bağdadda küçəyə düzülmüş cəsədlər tapılıb.
ANS PRESS-in məlumatına görə, İraq ordusunun yaydığı açıqlamada bildirilir ki, Bağdadın Hilla qəsəbəsində əlləri, ayaqları bağlı 53 cəsəd aşkarlanıb.
Onların kim və ya kimlər tərəfindən niyə öldürüldüyü dəqiq bilinmir.
Lakin ehtimal olunur ki, onları İraq və Şam İslam Dövlətinin tərəfdarları qətlə yetirib.
Qeyd edək ki, İŞİD ələ keçridiyi şəhər və rayonlarda tez-tez qətliamlar törədir.